12 dekabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş “Təcrübədən Səriştəyə” layihəsi çərçivəsində “Böyük siyasi vücudun kiçik şölələri” adlı bədii kompozisiya və Ulu Öndər Heydər Əliyevin anım günü keçirilib.
Siyəzən şəhər 6 saylı məktəb liseydə baş tutan tədbiri giriş sözü ilə açan layihə rəhbəri, 6 saylı məktəb-liseyin direktoru Yeganə Əliyeva iştirakçılara layihənin icra proseduru, “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin qalibi olmuş digər layihələr haqqında məlumat verib. O, çıxş nitqini Ulu Öndər Heydər Əliyevin həyatı və respublikamızın inkişafında göstərdiyi dinamik sıçrayışın, davamlılığın, eləcədə dünyayada layiqli yer tutmasının əhəmiyyətinə yönəldərək bu gün bu siyasi kursun cənab Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsini vurğulayıb.
“Biz hamımız şagirdlərimizə baxanda sabaha inam, ümid və gələcəyimizin aydınlanmış şölələrini görürük. Bu ümid, Heydər Əliyev dühasının böyük siyasi vücuduna doğru yönələn kiçik şölələrin yəni, şagirdlərimizin bizim qarşımızda nümayiş etdirdiyi bacarıqlar, səriştələr və vətənə sədaqət sevgiləridir. Biz hamımız Heydər Əliyev dühasının davamçıları, İlham Əliyev zirvəsinin yolçularıyıq. Biz çox xoşbəxt bir insanlarıq ki, məhz Heydər Əliyev nurundan, İlham Əliyev əzmkarlığından uğura doğru sürətlə yol qət edən bir ölkənin vətəndaşlarıyıq. Biz çox xoşbəxtik ki, məhz onların müasirləriyik. Bir dəfə doğulduğumuz həyatda məhz onların zamanında yaşamaq nəsibimiz olub. Bu bizim şanlı tariximizin qızıl səhifələridir. Min illər keçəçək insanlar və bütün dünya bu inkişaf yolunu öyrənəcəklər. Biz, bu tarixin canlı fədakarları olmağımızla qürür duymalıyıq” – fikirləri ilə Heydər Əliyev şəxsiyyətinə ehtiramını bildirən layihə rəhbəri gələcəkdə də bu istiqamətdə əməli ilərin aparılmasının zərurətini qeyd edib.
“Təcrübədən Səriştəyə” – Doğru – Peşə seçək Peşəkar Olaq – adlı – şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin artırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili – layihəsinin əsas məqsədi sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili, təqdimatı və şagirdlərin səriştə yönümlü bacarıqlarının inkişafı ilə bağlı problemlərin həllinə nail olmaqla məktəbin, müəllim və şagirdlərin müasir metodologiyalarla inkişafına, təkmil bilik və bacarıqlara yiyələnmələrinə nail olmaq, böyüyən nəslin yalnız orta məktəb dövründə deyil gələcək həyatda da, uğurlu peşəkar insan kapitalına çevrilmələrinə dəstək olmaqdır. Bunun üçün onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, məlumatlılıq səviyyəsinin artırılması istiqamətində sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkil olunması nəzərdə tutulur. Məhz bu baxımdan bu gün təşkil olunmuş tədbirin önəmi çox yüksək oldu. Rəsmi hissədən sonra “Böyük siyasi vücudun kiçik şölələri” adlı bədii kompozisiya təşkil olunub.
Şagirdlərin təlim-tədris-tərbiyəvi-inkişaf və peşəkarlaşma xarakteri daşıyan, modern tələbləri özündə birləşdirən, sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərə sövq etməklə onlarda dövlətçiliyimizin əsasında qürurla xidmət göstərməyə stimul yaratmaq, doğru peşə seçimini müəyyənləşirmək təfəkkürü formalaşdırmaq da, məqsədlərdən biridir.
Bu istiqamətdə yeni innovasiya konsepsiyasının yaradılmasına və bütün respublika ümumtəhsil müəssisələrinin nümunəmizdən yararlanmasına nail olmaq Layihənin başlıca məqsədlərindən hesab edilir.
Tədbirdə tərəfdaş təşkilatların nümayəndələri, RTŞ-nin nümayəndələri, media nümayəndələri, müəllim və şagirdlər, valideylər iştirak etdi. Tədbir geniş süjet xəttinə və yeni formata uyğun təşkil edildi. Multimedia resursları, əyani görüntülər, səhnələşdirmə, səs, canlı musiqə və ifadəli nitqlər bütünlükdə şagirdlər tərəfindən icra olundu.
Tədbirin yekununda kordinasiya şurasının layihə çərçivəsində növbəti tədbirin günü elan olunub. Həyata keçiriləcək sinifdənxaric və məktəbdənkənar tədbir 24 dekabr tarixində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, tədbirdən öncə məktəbdə müxtəlif fənn müəllimləri tərəfindən və təlimçi müəllimlər tərəfindən layihənin icra planına uyğun olaraq Ulu öndərlə bağlı açıq dərslər, inşa və esse müsabiqəsi keçirilib.
Siyəzən şəhər 6 saylı məktəb liseyin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalib olmuş layihəsinin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.