Azərbaycan Respublikasının Təhsil İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir

Tarix: 28.12.2017
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu 2017-2018-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə və dissertanturaya qəbul elan edir. Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2017-ci il tarixli, 870s nömrəli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən aparılır.

Doktorant və dissertant hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli, 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun olaraq həyata keçirilir.

DOKTORANTURA VƏ DİSSERTANTURA  YOLU İLƏ TƏHSİL ALMAQ İSTƏYƏN ŞƏXSLƏRƏ

ŞAMİL EDILƏN TƏLƏBLƏR:

“Fəlsəfə doktoru” proqramı üzrə:

Elmlər doktoru proqramı üzrə:  

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Doktorantura və dissertanlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər üçün

Elmlər doktoru proqramı üzrə

TARİXLƏR

Sənədlərin qəbulu: 28 dekabr 2017-ci il – 29 yanvar 2018-ci il.

Sənədlər Azərbaycan Respublikasının Təhsil İnstitutunun I korpusunda (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 96) Elmi-pedaqoji kadr hazırlığı şöbəsində (II mərtəbə, otaq 17) hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) səhər saat 10:00-dan axşam saat 17:00-dək qəbul olunur.

Qəbul imtahanları (dissertant təhkim olunmaq istəyən şəxslərlə müsahibələr) 5-23 fevral 2018-ci il aralığında keçiriləcəkdir.

İMTAHAN FORMATI

Doktoranturaya fəlsəfə doktoru proqramı (əyani və qiyabi) üzrə qəbul olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil müəssisələrinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində imtahan verirlər.

Dissertanturaya qəbul olunmaq istəyənlərlə müsahibə keçirilir.

ƏLAQƏ

www.arti.edu.az

Tel: (012) 493 82 71

Email: arti@arti.edu.az