Təhsil İnstitutunda doktor Jill Sperandionun iştirakı ilə seminarlar keçirilib.

Tarix: 18.04.2018
Paylaş:

Aprelin 18-də Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin təşkilatçılığı ilə doktor Jill Sperandionun təqdimatında silsilə seminarlar təşkil edilib.

Jill Sperandio qadınların və qızların tarix boyunca mövcud olmuş və indiki təhsil problemləri və beynəlxalq kurikulumun inkişafı, beynəlxalq bakalaviatura sahəsində araşdırma aparır. Jill Speranionun əsas tədqiqat obyekti isə qadınların təhsil hüququdur.