“Kompüter öyrənmə və tədqiqat aləti kimi” layihəsi çərçivəsində təlimlərə start verilib.

Tarix: 02.10.2018
Paylaş:

1 oktyabr 2018-ci il tarixində Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Qobustan rayonu Ərəbşalbaş kənd tam orta məktəbinin riyaziyyyat və informatika müəllimi Rahil Ağarəhimovun “Kompüter öyrənmə və tədqiqat aləti kimi” adlı layihəsi çərçivəsində təlimlərə başlanılıb.

Layihənin əsas məqsədi şagirdlərin zərərli internet resurslarından və kompüter asılılığından qorunması üçün onları maarifləndirmək, asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində İKT-dən və internetdən səmərəli istifadə vərdişlərinə yiyələndirməkdən ibarətdir.

Layihə Qobustan rayonunun kənd məktəblərinin 7-8 ci sinif şagirdlərini əhatə edir.

Təlimlər VII-VIII sinif şagirdlərini əhatə edir. Qeyd edək ki, təlimlər hər qrupda 6 gün olmaqla, gündə 3 saat keçrilir və hər qrupda 15 şagird iştirak edir. 

Layihənin təqdimatı 22 sentyabr 2018-ci il tarixində Qobustan rayonu Ərəbşalbaş kənd tam orta məktəbində baş tutub.

İcra müddəti 3 ay olan layihə üzrə işlər noyabr ayının 15-də başa çatdırılacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.