“Şagirdlərin məntiqi bacarıqlarının yüksəldilməsi” layihəsi üzrə işlər davam etdirilir.

Tarix: 04.10.2018
Paylaş:

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Kürdəmir rayon Ərəbqubalı kənd tam orta məktəbin riyaziyyat və informatika müəllimi Mütəllim Mütəllimovun “Şagirdlərin məntiqi bacarıqlarının yüksəldilməsi” adlı layihəsi çərçivəsində işlər davam etdirilir.

Layihənin əsas məqsədi şagirdlərin məntiqi təfəkkürünün  və məntiqi bacarıqlarının yüksəldilməsidir.

Layihə Kürdəmir, Saatlı və İmişli rayonlarını əhatə edir.

İcra planına uyğun olaraq layihənin əhatəə etdiyi rayonlarda məktəbdaxili məntiq sınaq imtahanları keçirilməsi və həmin imtahanda  40% dən yuxarı nəticə göstərərən şagirdlərin öz  rayonlarında keçriləcək mərkəzləşmiş məntiq imtahanına dəvət edilməsi nəzərdə tutulub. Sonra isə mərkəzləşmiş imtahanlarda fərqlənən 20 nəfər şagirdə sertifikat verilməsi və 50%-dən yuxarı nəticə göstərən şagirdlərə 5 günlük məntiq təlimi keçirilməsi planlaşdırılır.

Bundan başqa layihə çərçivəsində hər bir rayondan imtahan təşkil etməklə 1 müəllimin seçilməsi və Kürdəmmirdə həmin müəllimlərə 2 günlük təlim keçirilməsi, sertifikat verilməsi də nəzərdə tutulub.

Müvafiq olaraq hər bir rayondan seçilmiş müəllim həmiin rayondan seçilmiş şagirdlərlə davamlı dərslər veerməsi də də planlaşdırılır.

Layihənin təqdimat mərasimi 27 sentyabrda Kürdəmir rayon Atakişili kənd tam orta məktəbdə baş tutub.

6 oktyabrda Atakişili kənd tam orta  məktəbdə ilk seçim imtahnı keçiriləcək.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.