Şagirdlərin irsi yolla keçən xəstəliklərlə əlaqədar maarifləndirilməsi işləri davam etdirilir.

Tarix: 25.10.2018
Paylaş:

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Bakı şəhəri Binəqədi  rayonu  V.Əvəzov  adına  300  nömrəli  tam  orta  məktəbdə biologiya müəllimi Rüstəmova  Badamın “Şagirdlərin   irsi  yolla  keçən   xəstəliklərlə  əlaqədar  maarifləndirilməsi” adlı  layihəsi  çərçivəsində   təbirlərə  start  verilib.

Layihənin əsas məqsədi şagirdləri  irsi  yolla  keçən  xəstəliklər  haqqında   maarifləndirməkdir.

Layihə rəhbəri qeyd edib ki, son  vaxtlar  tez-tez  rast  gəlinən  talassemiya  və  hemofiliya   kimi irsi  qan  xəstəliklərinin  çoxalması  buna  əsas  verir ki, cəmiyyət   bu  xəstəliklər  haqqında  az  məlumatlıdır. Bu səbəbdən də layihənin məqsədi  həm  şagirdləri  həm də  valideynləri maarifləndirməkdir. Bu məqsədlə layihə çərçivəsində  həm  şagirdləri, həm  də valideynləri  maarifləndirmək  üçün seminarlar  təşkil  edilməsi nəzərdə tutulub.

Seminarlara  9, 10  və  11-ci  sinif  şagirdləri  və  valideynlərin  cəlb edilməsi nəzərdə tutulub. İlk seminar 2 oktyabr 2018 ci  il  tarixdə  baş tutub və artıq 5 seminar keçirilib.

Növbəti  seminar  13  noyabrda  297  nömrəli  məktəbdə  təşkil  olunacaq.

Seminarların  30 noyabr 2018–ci  il  tarixinədək  davam  etdirilməsi planlaşdırılır. Seminarlara   həkim  mütəxəssis  dəvət  olunur.

Layihə 300 nömrəli məktəblə yanaşı ətraf məktəbləri də əhatə edir. Öncədən  aparılan  sorğulardan aydın olub ki, həm  şagirdlər, həm də  valideynlər   irsi  xəstəliklər  haqqında  az  məlumatlıdırlar.

Layihə  çərçivəsində   araşdırmalar  aparılması, irsi  xəstəliklərin  gələcəkdə  üzə  çıxardacağı  fəsadlar, əlamətləri, qarşısının  alınması  yolları  haqqında  məlimatlar, video  çarxlar hazırlanması nəzərdə tutulub.

Layihənin icra müddəti 3 sentyabr 2018-ci il – 1 dekabr 2018-ci il tarixlərini əhatə edir.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.