ARTİ məktəb direktorları, direktor müavinləri və məktəbin idarəedici heyət üzvlərini ödənişsiz seminara dəvət edir.

Tarix: 06.11.2018
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu məktəb direktorları, direktor müavinləri və məktəbin idarəedici heyət üzvlərini 8 noyabr tarixində “Ümumtəhsil məktəblərinin idarəetmə işinin nəticəyönümlü planlaşdırılması” adlı ödənişsiz seminara dəvət edir. Seminar ARTİ-nin Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin müdiri Piralı Əliyev tərəfindən aparılacaq.   

Qeydiyatdan keçmək üçün buraya daxil olun.

Seminarın tarixi: 08 noyabr 2018-ci il 

Seminarın keçirilmə saatı: 15:00 – 17:00

Ünvan: Bakı ş., A.Cəlilov 86. Azərbaycan Respublikasının Təhsil İnstitutu

Əlaqə nömrəsi: 055 505 48 82 (saat 9:00-18:00 arası əlaqə saxlamaq olar)