“Yuxarı sinif şagirdlərinin təlim motivasiyasının artırılması yolları” adlı seminar keçirilib
Noyabrın 15-də Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) təhsil işçiləri üçün növbəti seminar təşkil edilib.
“Yuxarı sinif şagirdlərinin təlim motivasiyasının artırılması yolları” adlı seminarı ARTİ-nin əməkdaşı, BDU-nun Gender və Tətbiqi psixologiya kafedrasının doktorantı Aydan Əzimzadə keçib.
Seminar iştirakçılarına motivasiyanın növləri, onun insan fəaliyyətinin təşkilində əhəmiyyəti, təlim motivasiyasının təlim nəticələrinə təsiri, hər yaş dövrünə uyğun effektiv təlim motivasiyasının seçilməsi, rəğbətləndirmə və cəzalandırmanın təlim motivasiyasına təsiri və s. haqqında məlumatlar verilib. İştirakçıların böyük marağına səbəb olan müzakirələrdən biri də yeniyetmələrlə “müəllim-şagird” ünsiyyətinin düzgün qurulması strategiyaları və onun şagirdlərin təlim motivasiyasına təsiri haqqında olub.
Qeyd edək ki, bü cür seminarların mütəmadi olaraq ilin sonuna qədər təşkil edilməsi nəzərdə tutulur.