Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 2018-2019-cu il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə və dissertanturaya qəbul elan edir. Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2018-ci il tarixli 774 s nömrəli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən aparılır.
Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 3 dekabr 2018-ci il – 24 dekabr 2018-ci il tarixləri arasında hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) səhər saat 10:00-dan axşam saat 17:00-dək Azərbaycan Respublikasının Təhsil İnstitutunun I korpusunda (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 96), Elmi-pedaqoji kadr hazırlığı şöbəsində (II mərtəbə, otaq 17) qəbul olunur.