Martın 2-də Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşı dosent Dilarə Dostuzadə “İnklüziv təhsil: beynəlxalq təcrübə və real vəziyyət” mövzusunda keçirilən təlimdə təlimçi olaraq iştirak edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilən təlim Azərbaycan Respublikası Təhsil Cəmiyyəti və Beynəlxalq Liberal Maarifçilik Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Təlimin mövusu “İnklüziv təhsil: beynəlxalq təcrübə və real vəziyyət” olub.
Təlimdə paytaxt və bölgələrdə çalışan 30-a yaxın müəllim və digər təhsil işçiləri iştirak edib.
Gün ərzində davam edən təlim iştirakçıların fəallığı şəraitində yekunlaşıb.
Sonda bütün təlim iştirakçılarına beynəlxalq dərəcəli sertifikat verilib.