Təhsil İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.

Tarix: 14.03.2019
Paylaş:

Martın 14-də Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) Elmi şuranın növbəti iclası keçirilib.

İclasda institutun direktor müavini Ənvər Abbasov 2018-2019-cu tədris ili üçün dopktoranturaya qəbulun nəticələri barədə iştirakçılara məlumat verib. Sonra dktoranturaya və dissertanturaya qəbul olunmuş şəxslərin dissertasiya mövzuları müzakirə edilib.

Tədbirdə 1 elmlər doktoru proqramı üzrə dissertantın elmi məsləhətçisi, 1 fəlsəfə doktoru proqramı üzrə doktorantın elmi rəhbəri dəyişdirilib, 1 fəlsəfə doktoru proqramı üzrə doktorantın dissertasiya mövzusu redaktə edilib.

Qeyd edək ki, 2018-2019-cu tədris ili üçün 12 nəfər fəlsəfə doktoru proqramı üzrə, 4 nəfər isə elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul olunub.