Təhsil İnstitutu 2019-2020-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Tarix: 10.12.2019
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 2019-2020-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya (əyani və qiyabi) və dissertanturaya qəbul elan edir. Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2019-cu il tarixli 737 s nömrəli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən aparılır.

Doktorant və dissertant hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun (13 noyabr 2019-cu il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən olunmuş əlavə və düzəlişlərlə)  olaraq həyata keçirilir.

DOKTORANTURA VƏ DİSSERTANTURA  YOLU İLƏ TƏHSİL ALMAQ İSTƏYƏN ŞƏXSLƏRƏ ŞAMİL EDİLƏN TƏLƏBLƏR:

“Fəlsəfə doktoru” proqramı üzrə:

Elmlər doktoru proqramı üzrə:  

Doktorant təhsil müddətində:

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Doktorantura və dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər üçün:

Elmlər doktoru proqramı üzrə:

Qeyd: Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, bir qayda olaraq, azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər. “Elmlər doktoru” elmi dərəcəsi almaq hüququna “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər. 

TARİXLƏR

Sənədlər  09-27 dekabr 2019-cu il tarixlərində  Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji Mərkəzində yerləşən (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 96) Elmi-pedaqoji kadr hazırlığı şöbəsində (II mərtəbə, otaq № 17) saat 10:00-dan 17:00-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) qəbul edilir.

Nəzərdə tutulan elmi rəhbərlərlə (məsləhətçi) görüş və müsahibə 06-10 yanvar 2020-ci il tarixlərində təşkil olunacaq.

Fəlsəfə doktoru proqramı üzrə Qəbul imtahanları (Elmlər doktoru proqramı üzrə qəbul olmaq istəyən şəxslərlə müsahibələr) 10 yanvar – 10 fevral 2020-ci il aralığında keçiriləcəkdir. 

İMTAHAN FORMATI

Fəlsəfə doktoru proqramı doktoranturaya (əyani və qiyabi) qəbul olunmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Proqramlarla İnstitutun kitabxanasından və ya saytından tanış olmaq olar.

Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.

Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya təhkim olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) imtahan verib, müsbət qiymət aldıqdan sonra  müsahibədə iştirak edə bilərlər.

Elmlər doktoru proqramı üzrə təhsil almaq istəyənlər ixtisas üzrə müsahibə və esse yazmaqla müsabiqədən keçir.

Qeyd: Doktoranturada (dissertanturada) yüksəkixtisaslı elmi kadrların məqsədli hazırlığı ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların doktoranturaya ümumi qəbul qaydalarına müvafiq həyata keçirilir. Məqsədli yerlər doktoranturaya tələbə qəbulunda əks olunur.


ƏLAQƏ

www.arti.edu.az

Tel: (012) 493 82 71

E-mail: phd@arti.edu.az