Estoniya Respublikasına təlim səfəri

Tarix: 27.01.2020
Paylaş:

20-25 yanvar tarixlərində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək” layihəsi çərçivəsində Estoniya Respublikasında təlim səfəri təşkil edilib.

“Estoniya Respublikasında Milli Kvalifikasiyalar Çərçivəsinin inkişafı və tətbiqi prosesininin öyrənilməsi”nə dair təlim səfərində Azərbaycan Respublikasının Təhsil İnstitutunun və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Estoniya Kvalifikasiyalar İdarəsi, İşsizlikdən Sığorta Fondu, Estoniya Ali və Peşə təhsili üzrə Keyfiyyət Agentliyi, ”Innove” fondu, Tallin Sənaye Təhsili Mərkəzi, Tədqiqat və Təhsil Nazirliyi, Tətbiqi Elmlər Universiteti ilə görüşlər keçirmişdir. 

Qeyd edək ki, “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək” layihəsi Azərbaycanda iqtisadiyyatın diversifikasiyanı dəstəkləmək, ömürboyu təhsil üçün imkanlar yaratmaq, qabaqcıl Avropa və beynəlxalq təcrübəyə uyğun Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının icrasını təmin etmək məqsədilə təhsil və təlim sisteminin keyfiyyətini artırmaqdır.

Layihə “GOPA Worldwide Consultants” şirkətinin rəhbərlik etdiyi British Council (BC), European Project Management Ltd (EPM) və “SEFT Consulting” in təşkil etdiyi konsorsium tərəfindən həyata keçirilir.