İyunun 30-da Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Kibertəhlükəsizliyə giriş” təlim layihəsi çərçivəsində növbəti onlayn seminar keçirilib.
“Rəqəmsal identifikasiya-məlumatların qorunması və təhlükəsizliyin açarıdır” mövzusunda təşkil olunan seminarda qonaq qismində “B.EST Solutions” şirkətinin təsisçisi və rəhbəri xanım Yana Krimpe çıxış edib. Milli mobil identitetlərin qlobal ittifaqının (GANMI) sədri, “One World Identity” (OWI) versiyasına əsasən dünyanın 100 ən nüfuzlu şəxsləri siyahısına daxil edilmiş xanım Krimpe layihənin iştirakçılarına rəqəmsal identifikasiyada kibergigiyenanın əhəmiyyəti, mobil identiklik, blokçeyn əsaslı sistemlər, veb developerlərin sosial məsuliyyəti mövzularında ətraflı məlumat verib.
ARTİ əməkdaşları və “Kibertəhlükəsizliyə giriş” layihəsinin iştirakçılarının qatıldığı onlayn seminar tələbələrin suallarının cavablandırılması və mövzunun ətraflı müzakirəsi ilə yekunlaşdırılıb.