Təhsil İnstitutu 2020-2021-ci il üçün doktoranturaya qəbul elan edir

Tarix: 01.09.2020
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu 2020-2021-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya (əyani və qiyabi) qəbul elan edir. Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli 493 s nömrəli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən aparılır.

Doktorant və dissertant hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun (13 noyabr 2019-cu il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən olunmuş əlavə və düzəlişlərlə)  olaraq həyata keçirilir.

DOKTORANTURADA TƏHSİL ALMAQ İSTƏYƏN ŞƏXSLƏRƏ ŞAMİL EDİLƏN TƏLƏBLƏR:

“Fəlsəfə doktoru” proqramı üzrə:

“Elmlər doktoru” proqramı üzrə:  

Doktorant təhsil müddətində:

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Doktoranturada “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər üçün:

“Elmlər doktoru” proqramı üzrə:

TARİXLƏR

Sənədlər  01-25 sentyabr 2020-ci il tarixlərində  Azərbaycan Respublikasının Təhsil İnstitutunun I korpusunda (Bakı şəhəri Afiyəddin Cəlilov küçəsi 86) saat 10:00-dan 17:00-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) qəbul edilir.

Ölkədəki xüsusi karantin rejimi ilə əlaqədar olaraq, iddiaçılar  sənədlərini onlayn formada office@arti.edu.az elektron poçt ünvanına göndərməklə yanaşı, həm də 25 sentyabr 2020-ci il tarixinədək pandemiya şəraitinə uyğun olaraq sanitar-gigiyenik normalara riayət etməklə instituta şəxsən təqdim etməlidirlər.

Nəzərdə tutulan elmi rəhbərlə (məsləhətçi) görüş və müsahibə 28-30 sentyabr 2020-ci il tarixlərində təşkil olunacaq.

Qəbul imtahanları və müsahibələr  01 oktyabr – 10 noyabr 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur..

Fəlsəfə doktoru proqramı üzrə Qəbul imtahanları (Elmlər doktoru proqramı üzrə qəbul olmaq istəyən şəxslərlə müsahibələr) 01 oktyabr – 10 noyabr 2020-ci il aralığında keçiriləcəkdir. 

İMTAHAN FORMATI

Fəlsəfə doktoru proqramı doktoranturaya (əyani və qiyabi) qəbul olunmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Proqramlarla İnstitutun kitabxanası və ya saytından tanış olmaq olar.

Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.

Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.

Elmlər doktoru proqramı üzrə təhsil almaq istəyənlər ixtisas üzrə müsahibə və esse yazmaqla müsabiqədən keçir.

ƏLAQƏ

www.arti.edu.az

Tel: (012) 493 82 71

E-mail: office@arti.edu.az