COVID-19 pandemiyasının nəticəsi olaraq 2019-2020-ci tədris ilindən etibarən e-öyrənmə sistemlərinin tətbiqi vasitəsi ilə təlim və tədris prosesinin məsafədən təşkili, təhsilalanların təhsil prosesinə və resurslarına əlçatanlığının təmin olunması, məsafədən təhsil prosesində keyfiyyətin təminatı və təhsilalanların mənimsəmə səviyyəsinin ölçülməsi kimi yeni çağrışlar formalaşmışdır. Qeyd olunanların sistemli tətbiqi, beynəlxalq standartlara uyğun elektron məzmunun yaradılmasında sıx əməkdaşlığının təmin olunması və çevik reaksiyaların formalaşdırılması məqsədi ilə təhsilalanlar üçün əlçatan innovativ həllərin tətbiqi vacibdir.
Bu məqsədlə, Azərbaycan Respublikasının Təhsil İnstitutu 2020-2021-ci tədris ilində ali təhsildə məsafədən təhsil və təlim prosesinin inkişafına, ümumi istifadə üçün vahid tədris resurslarının yaradılması və əlçatanlığının təmin olunmasına yönəlmiş layihəyə start verir. Birinci mərhələdə ali təhsilin bakalavriatura və magistratura səviyyələri üzrə ümumilikdə doqquz fənnin elektron məzmununun yaradılması, hazırlanacaq elektron resursların asinxron e-öyrənmə sistemlərinin tələblərinə cavab verməsi və e-resurslara əlçatanlığın təmin edilməsi hədəflənir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Təhsil İnstitutu ali təhsilin bakalavriatura və magistratura səviyyələri üzrə e-öyrənmə məzmununun yaradılması məqsədilə professor-müəllim heyətini (pedaqoji fəaliyyətlə məşğul olan doktorantlar daxil olmaqla) aşağıdakı fənlər üzrə kurs tərtibatçı/ekspert qismində nümunəvi elektron məzmunun yaradılması prosesində iştiraka dəvət edir. Seçilmiş namizədlər müvafiq təlimatlar və texniki dəstək almaqla qeyd olunan fənlərin elektron məzmununun yaradılmasında iştirak edəcəklər. Yaradılmış e-məzmun müvafiq öyrənmə portalında yerləşdirilməklə bütün təhsilalanlar üçün əlçatan olacaqdır.
E-öyrənmə məzmunun yaradılması üzrə təklif olunan fənlərin siyahısı:
Bakalavriatura səviyyəsi üzrə (2014-cü və 2020-ci illərdə təsdiq edilmiş təhsil proqramlarının tələblərindən asılı olaraq bütün kurslar üzrə):
Magistratura səviyyəsi üzrə:
Qeyd olunan fənlərdən biri üzrə ali təhsil müəssisəsində pedaqoji təcrübəyə (minimum iki il) malik olan, SCORM əsaslı məzmun yaratma, Coursera, MOOC və digər e-öyrənmə platformaları haqqında məlumatlığı olan və müvafiq İKT bacarıqlarına sahib olan namizədlərin peşəkar fəaliyyətlərini əks etdirən məlumatlarını (CV) və təklif edilən fənn üzrə e-öyrənmə məzmunun yaradılmasını və qiymətləndirmə meyarlarını əks etdirən dəstək məktubunu (maksimum 1 səh.) 14 sentyabr 2020-ci il tarixinədək innovations@arti.edu.az (mövzu yerində E-ÖYRƏNMƏ “fənnin adı” qeyd edilməklə) elektron poçt ünvanına göndərməlidirlər.