Riyaziyyat fənni üzrə yeni dərsliyin fərqli cəhətləri – video

Tarix: 28.12.2020
Paylaş:

2020-2021-ci tədris ilindən istifadəyə verilən I sinif Riyaziyyat üzrə dərslik yeni nəsil dərsliklərin sırasındadır.

Dərslik komplektinin hazırlanma prosesində dünyanın aparıcı təhsil sistemlərinin müvafiq siniflər üçün təhsil proqramları təhlil edilmiş, TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının çərçivə sənədləri və nəticələri öyrənilmişdir. Aparılan təhlillər nəticəsində ibtidai siniflərdə riyaziyyat fənni üzrə hazırda qüvvədə olan təhsil proqramlarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlanmışdır. Eyni zamanda, dünyanın ən nüfuzlu nəşriyyatları tərəfindən hazırlanmış dərslik komplektləri tədqiq edilmiş, şagirdlərdə riyazi savadlılıq səriştəsinin formalaşdırılmasına şərait yaradan qabaqcıl təcrübələr nəzərə alınmışdır.

Təkmilləşdirilmiş təhsil proqramları əsasında tərtib olunan dərslik komplektinə şagirdlər üçün dərslik və iş dəftəri, müəllimlər üçün metodik vəsait və valideynlər üçün bələdçi daxildir. 

Təhsil İnstitutu tərəfindən hazırlanmış sözügedən yeni dərsliyin komponentləri, məzmun standartları və fərqli cəhətləri barədə məlumatlandırıcı videonu təqdim edirik.