Azərbaycan Respublikasının Təhsil İnstitutu şagirdlərin keyfiyyət göstəricilərini müəyyən etmək üçün 2020-2021-ci tədris ilinin birinci yarısına dair milli qiymətləndirmənin nəticələrini təhlil edib. Ölkədə fəaliyyət göstərən 3500-ə yaxın məktəbdə aparılan tədqiqatda IV, VI və IX siniflərdə təhsil alan 189445 şagird iştirak edib. Onlayn keçirilmiş qiymətləndirmədə məktəblilər tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qapalı test suallarını cavablandırıblar.
Sistemli tədqiqat şəklində aparılan qiymətləndirmənin məqsədi etibarlı məlumatların toplanması, təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsidir. Qeyd edək ki, milli qiymətləndirmənin nəticələri şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir.
Qiymətləndirmənin nəticələri ilə bağlı daha ətraflı məlumatı aşağıdakı infoqrafikalardan əldə edə bilərsiniz.