Rəy-inşa yazı işinin təşkili metodikası

Tarix: 29.03.2021
Paylaş:
FənnSinifStandartın nömrəsiStandart
Azərbaycan diliIV sinif3.1.4Mühakimə xarakterli kiçikhəcmli rəy, esse, inşa yazır.
Azərbaycan diliX sinif3.1.4Müxtəlif əməli yazılar (rəy, məruzə) yazır.
ƏdəbiyyatX sinif3.1.33-3,5 səhifə həcmində nəqli, təsvir, təhlil xarakterli mətnlər (ədəbi və sərbəst mövzuda inşa, esse, məruzə) yazır.
ƏdəbiyyatXI sinif3.1.33,5-4 səhifə həcmində nəqli, təsvir, təhlil xarakterli mətnlər (ədəbi və sərbəst mövzuda inşa, esse, məruzə) yazır.

Rəy-inşa tədris prosesində hər hansı bir sənət nümunəsi, mədəni fəaliyyəti dəyərləndirmək üçün yazılan inşa növüdür. 

Yeni əsərlərin dəyərləndirilməsi məqsədilə istifadə olunan “rəy” adlı ədəbi-tənqidi janr məktəb praktikasında da oxşar mahiyyət kəsb edir. Tədris prosesində rəy şagird mətni, film, ədəbi-bədii gecə, ekskursiya və s. haqqında yazıla bilər, lakin adətən oxunmuş bədii mətnə münasibəti ifadə etmək üçün istifadə edilir. 

Rəyin məqsədi – əsəri müsbət və mənfi xüsusiyyətlərini təhlil etməklə dəyərləndirməkdir. Rəyçi öz subyektiv mövqeyindən çıxış etmək ixtiyarına  baxmayaraq, obyektiv qiymətləndirmə mövqeyini də sona qədər qorumalıdır. 

AspektlərEsse-təəssüratRəy-inşa
Yazı növünün əsas xüsusiyyətiŞagirdin əsər haqqında emosional-qiymətləndirici (ekspressiv) təhlili – şəxsi təəssüratıMəzmun və forma vəhdəti əsasında bədii əsərin tənqidi analizi – əsərin obyektiv təhlili
MəqsədiMüzakirədə iştirak etməkƏsər haqqında təəssüratlarını bölüşmək;Bəyəndiyi əsəri diqqətə çatdırmaq;Bədii əsərin ideya-poetik xüsusiyyətlərini qiymətləndirmək + esse-təssüratın məqsədləri
MünasibətŞagird əsərdə qaldırımış problemin ictimai əhəmiyyətini və aktuallığını şəxsi yanaşmaları əsasında  izah edir.  Arqumentasiya sistemi oxucu təcrübəsi, zövqü və seçimlərinə əsaslanır.Bədii qəhrəmanlar insan xarakteri, tipi kimi nəzərdən keçirilir; obrazlar və onların davranışları  əxlaqi-etik, mənəvi cəhətdən dəyərləndirilir.Nəticə şagirdin həyata şəxsi yanaşmasını, onun şəxsi keyfiyyətlərini, əsərdə  verilmiş müxtəlif situasiyalara münasibətini əks etdirir.Rəyin publisistik, polemik xarakter daşıması mümkündür, həmçinin essenin xüsusiyyətlərini özündə əks etdirə bilər.Rəydə emosional-subyektiv (bəyənildi – bəyənilmədi) deyil, obyektiv dəyərləndirmə aparılır.Oxucu-şagird tənqidçi-araşdırmaçı kimi çıxış edir.  Araşdırma obyekti – əsər bədii mətn kimi, müəllifin poetikası, mövqeyi və ifadə vasitələridir (problematika, konflikt, kompozisiya-süjet xüsusiyyətləri, personajlar sistemi, dil və üslub və s.).Şagirdin müstəqil təfəkkürü  fərdi münasibətdən daha çox, üslubun fərdiliyi, mühakimələrin dərinliyi, müstəqil assosiasiaya, arqumentlərin inandırıcılığına görə müəyyənləşir.Rəydə araşdırmanın tamlığına iddialı deyil, o, əsərin və onun xüsuiyyətlərinin daha parlaq, əhəmiyyətli tərəflərini nəzərə alır.
Məzmunun inkişafı və strukturuI. Oxu təəssüratlarının və prosesinin nəqli, əsərlə tanışlığın, tarixçəsi.Əsərin qısa qiymətləndirilməsi ilə bağlı tezis.  II. Əsərin təhlili ilə bağlı arqumentləşdirilməni ehtiva edən mühakimə:1. Əsər müəllifinin toxunduğu mövzunun və qaldırdığı problemin aktuallığı.2. Əsərdəki ən vacib epizodların xülasəsi (nəqli deyil);3. Personajların davranışlarının dəyərləndirilməsi, onların təsvir edilmiş hadisələrdəki rolu, personajlara və onların taleyinə münasibət;4. Mühakimə qənaətləri (əsərlə bağlı şagirdin fikir və hissləri).III. Oxunmuş əsər yazıçının digər əsərləri də xatırlanmaqla dəyərəndirilə və potensial oxuculara xitab olunaraq müəllifin yaradıcılığı ilə tanışlıq təklif olunmaqla mühakimə ümumiləşdirilə bilər.I. Rəy üçün səbəbin əsaslandırılması (yenilik, adın “qaytarılması”, yazıçının yeni əsəri, yazıçının yaradıcılığı – ədəbi prosesdə əhəmiyyətli təzahür kimi, yazıçının yaradıcılığı ətrafında polemika, əsərin problematikasının aktuallığı, yazıçının yubileyi və s.). Məktəb təcrübəsində ədəbiyyat dərsliklərindəki  bədii mətnlərin   tədris əhəmiyyəti  baxımından əsaslandırılması məqsədəuyğundur.II. Bir əsərin dəqiq seçilməsi və təhlilinin aparılması mütləq şərtdir.Tezis – araşdırılan mətnin tarixi-mədəni dəyəri barədə fikri ehtiva edir.III. Əsərin ideya-bədii xüsusiyyətlərinin təhlili və dəyərləndirilməsi.1. Adların analizi (semantika, allüziya, assosiasiya)2. Təhkiyənin təşkili üsulları (müəllifin, qəhrəmanın dilindən, “hekayə içində hekayə” və s.) və digər kompozisiya xüsusiyyətləri və onların bədii əhəmiyyəti.3. Problematika, bədii konflikt və onun süjet boyunca inkişafının xarakteristikası.4. Bədii ideyanın ifadəsində personajlar sisteminin təşkili; xarakterlərin yaradılması sənətkarlığı.5. Müəllif mövqeyinin digər ifadə vasitələri (müəllif xarakteristikası, lirik ricətlər, peyzaj və s.) və onların dəyərləndirilməsi.6. Müəllif üslubu və metodunun digər özəllikləri.III. Mətnin bədii keyfiyyətləri və ədəbi prosesdə, ictimai həyatda əhənmiyyəti haqqında qənaət. Polemikaya dəvət.

RƏYİ NECƏ YAZMALI

Rəyi yazmağa necə başlamalı? Təəssürat, mühakimə, şəxsi mövqe, ədəbi təhlili bir mətnə necə yerləşdirməli? 

Necə başlamaq olmaz? Yüksək məntiqə sahib bir filoloq olan V.Şklovski yazırdı:  

“Tənqidi məqaləni – “mən kitabı açdım”, “məni maraqlandırdı”, “vərəqlədim”, “baxdım” kimi sözlərlə başlamaq olmaz. Teatr resenziyasını da – “mən teatra gəldim və kresloya əyləşdim” sözləri ilə başlamaq olmaz. Kitabı vərəqləmədən oxumağın mümkün olmadığı kimi, bu da mümkünsüzdür”.

Bəs necə başlamalı? Rəy adətən əsərin biblioqrafik təsviri və qısa məzmunu ilə (iki-üç cümlə)  başlayır. Məzmunun uzun xülasəsi rəyin dəyərini azaldır: birincisi, əsərin özünü oxumaq maraqlı olmayacaq; ikincisi, haqlı olaraq zəif rəyin əsas meyarı – əsərin təhlili və interpretasiyasının məzmunun nəqli ilə əvəz edilməsi hesab olunur. 

Bəzi rəyçilər qeyri-ənənəvi yoldan istifadə edirlər: onlar öz yazılaırını başqalarının bitirdiyi yerdən – qənatlərindən başlamağa üstünlük verirlər. 

Şagirdləri əsərin təhlilinə necə cəlb etməli

Bütün əsərlər oxu prosesində əlaqələndirərək mənasını kəşf etmək istədiyimiz başlıqla başlayır. Başlığa çıxarılmış söz qeyrii-xtiyari mətnin açar sözünə çevrilmiş olur. Şagirdlərə bu sualın üzərində düşünməyi təklif edin: əsərin adını oxuduqları zaman təsəvvürlərində hansı şəxsi, mədəni və ya bədii assosiasiyalar yaranır? Aydındr ki, əsərin adı oxucuda mətnin məzmunu ilə bağlı bir çox assosiasiyalar yarada bilər. Yaxşı əsərin adı özlüyündə bir simvol və metafor olduğu üçün çoxmənalı olur.  

İlk cümlə və ya birinci abzasdan başlayaraq şüurlu oxunu təşkil etmək səmərəlidir. Mətnin ilk abzasını səsli oxumaq və şagirdlərlə proqnozlaşdıraraq oxunu davam etdirmək – davamında nə olacağını, oxucuda hansı gözləntilər yaratdığını söyləməyi təklif etmək olar. Sonra sonuncu abzası oxuyuruq – belə bir finalı gözləyirdinizmi, yoxsa aldadılmış gözləntilər təsiri yaratdı? Birinci cümlədə açar sözlər tapmağa çalışırıq.  

Kompozisiyanın təhlili mətni daha yaxşı anlamaq və interpretasiya etmək üçün səmərəlidir. Kompozisiya üsulları üzərində (antiteza, üzükvari quruluş) düşünmək oxucuya müəllif ideyasına yaxınlaşmağa şərait yaradır. Mətn çox zaman özündə böyük məna daşıyan ardıcıllıqla tərtib edilir. Bu adıcıllıq heç vaxt təsadüfi olmur. 

Mətni hansı hissələrə bölmək olar? Onlar necə yerləşdirilib? Şagirdlərin əsərin hissələrə ayrılması ilə bağlı fikirlərini paylaşmalarına şərait yaradın. 

Hər bir uğurlu əsərdə yazıçı öz təkrarolumaz aləmini yaradır. Burada zaman və məkan xüsusi qanunlarla mövcuddur. Düşünək: bu aləmdə dəyərli olan nədir? Bəzən mətndə bu sualın açar sözlərlə verilmiş  birbaşa göstəriciləri olur. Müəllif bununla öz oxucularına ideyası barədə işarə edir. 

Əsərdə müəllif tərəfindən yaradılmış aləmi detallar vasitəsilə də kəşf etmək olar. Hətta feil formaları da təcrübəli oxucuya çox söz söyləyə bilər. Cümlələrin sintaktik quruluşu, sadə və mürəkkəb cümlələrin istifadəsi, giriş sözlər, həmcins üzvlər də rəyçi-oxucu üçün mühakimə vasitələridir. 

Və sonuncu. Unutmayaq ki, “yazıçıları onların özlərinin qəbul etdikləri qanunlar əsasında mühakimə etmək olar”. Yadda saxlayaq ki, əsas hakim və tənqidçi – zamandır. Zaman hər şeyi öz yerinə qoyacaq. İndi isə gələcək məzunlar müasir ədəbiyyatı dəyərləndirirlər. Ola bilsin ki, məzunlardan bəziləri gələcəyin tənqidçiləridir, imtahan isə onlar üçün ilk addımdır. Lao Tsının sözü lə desək,“min li məsafəyə səyahət bir addımdan başlayır”…

Yadda saxla!

Rəy – sənət əsərlərini və ya elmi əsəri təhlil etməklə dəyərləndirən ədəbi-tənqidi janrdır. 

Rəy:

Rəyin əsas struktur elementləri:

Bədii əsərə yazılan rəy-inşanın konstruksiyası

  1. Əsərin təqdimatı:

Ümumi xarakteristik-qiymətləndirmə         

  1. Məzmunun təhlili:
  1. Formanın təhlili:
  1. Əsərin ümumi qiymətləndirməsi.
  2. Digər oxuculara uğurlar diləmək (müəllifə də mümkündür).

Rəy-inşanın tipik nitq konstruksiyası 

Müəllif haqqında Məsələn:Müəllif nəinki yalnız görkəmli yazıçıdır, həmçinin psixoloq, filosofdur….Onun əsərləri  (hekayələri, şeirləri) insanda (hissləri, fikriləri) doğurur. 
Süjetlə bağlıBu hekayə …….. haqqındadır.Süjet belə qurulmuşdur, ……………….Əsas süjet xətti ……….Müəllifin diqqət mərkəzində ……  
Personajlar haqqında            Təhkiyəçi-qəhrəman izah etmək istəyir ki, ……………Müəllif əsərində  …………qəhrəmanları canlandırmşdır.Qəhrəmanların yaşadığı dünya….Əsas qəhrəman …………………. 
Əsər haqqında təəssüratlar  İlk təssürat…………İlk baxışda elə gəlir ki, …………….Hekayə atmosferi……………Əsər təsirləndirir (təəccübləndirir)….Müəllifin toxunduğu mövzunun əhatə dairəsi çox genişdir. Əsas mövzu ….. Müəllif ………… haqqında yazır. Əsas ….. problemə yer verilmişdir. Problematikanı ………………. kimi müüəyyənləşdirmək olar. 
Müəllif mövqeyi haqqındaMüəllifin   …………. bağlı mövqeyi aydın deyil. 
 Müəllif ……. məqsədəuyğun görür. Müəllif diqqətlə ……………. analiz edir.Müəllif ………………… açıqlayır. Nəticə gözlənilməzdir.Müəllifin ……….. haqqında təkilifi maraqlıdır. Müəllif ehtimal edir (əmindir, inandırıcı olaraq sübut edir). 
Ədəbiyyatşünaslıqterminologiyasından istifadə Əsərin üslubunu nəzərə alaraq…. Kompozisiya uğurludur.Müəllif hekayə əvəzinə ….. janra üstünlük vermişdir. Hekayə poetik dillə yazlmışdır. Qəhrəmanların nitq xarakteristikası maraqlıdır. 
Tənqidi qeydlər Bütün fikirlərlə razılaşmaq olmaz.Müəlliflə razılaşmaya bilərəm ki, ….İstisna  olaraq (Nəzərə almamaq olmaz ki),………….Müəllifdən fərqli olaraq mən düşünürəm ki, ………..Ola bilsin ki, hamısı doğru deyil (doğrudur, dəqiqdir)…….. Mövzuya laqeyd olmayan oxucunu  təəccübləndirməyə bilməz, …..Təsssüf ki, müəllif fikirlərini nümunələrlə əsaslandırmır.Müəllif diqqətdən qaçırır (nəzərə alır)…..

Rəyin növləri  

1. Geniş annotasiya – əsərin məzmunu açıqlanır, kompozisiyanın əsas xüsusiyyətləri göstərilir. 

2. Kiçik tənqidi və ya publisistik məqalə (adətən, polemik xarakterli) – əsər aktual ictimai və ədəbi problemlərin müzakirəsi üçün nəzərdən keçirilir.

3. Esse – yüksək faizlə rəy müəllifinin əsər haqqında ekspressiv mühakimələri, təhlildən daha çox təəssürata əsaslanan düşüncələrini əhatə edir. 

4. Müəllif rəyi – müəllifin öz əsərinə baxışını əhatə edir.

5. Xülasə – tematik, süjet, xronoloji və ya digər əlamətlərə görə qruplaşdırıla bilən bir neçə əsərə yazılmış rəydir.  

Rəyin səviyyələri

1. Bir əsərə  yazıçının ümumi yaradıcılığı kontekstindən kənar rəy; 

2. Yazıçının yaradıcılığı kontekstində bir əsərinə rəy;

3. Bir əsərə dövrün ədəbi prosesi kontekstindən rəy.

Rəy yazılması qaydaları haqqında tövsiyələr: 

Rəyin yazılmasında tipik səhvlər

İstifadə olunmuş mənbələr:

1. Как работать над сочинением-рецензией: https://edunews.ru/school/info/kak-napisat-recenziyu.html

2. Что такое рецензия и как ее писать: https://rus.1sept.ru/article.php?ID=199900801

3. Как написать рецензию: https://www.sunhome.ru/help/1120

Hazırladı: TİPİM-in əməkdaşı Könül Aydın Nəhmətova