Müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsi üçün elektron sənəd qəbulu başlayacaq

Tarix: 08.04.2021
Paylaş:

Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzi (İnsan Resursları Mərkəzi) tərəfindən 13 aprel 2021-ci il tarixindən etibarən 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsi üçün elektron sənəd qəbulu başlayacaq.

Aprel ayının 13-dən başlayaraq namizədlər şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış ola bilərlər. Namizədlər təlimatla tanış olduqdan sonra müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər.

Elektron sənəd qəbulu üçün son müraciət tarixi 14 aprel, saat 23:59-dur. Namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Nəzərinizə çatdıraq ki, karantin rejiminin uzadılması ilə əlaqədar olaraq müsahibələr əvvəlki qaydada – “Microsoft Teams” platforması üzərindən onlayn həyata keçiriləcək. Qeyd edək ki, cari müsahibələr başa çatdıqdan sonra apelyasiya prosesinin təşkili nəzərdə tutulub.