Diqqətin idarə edilməsi

Tarix: 15.04.2021
Paylaş:

Müəllim səriştəli davranmasa, şagirdə qışqırmaq, ona “Diqqətli ol” demək məşğələnin keyfiyyətinə təsir etməyəcək. Təəssüflər olsun ki, əksər praktik pedaqoqlar ölkəmizin və xarici psixoloqların tədqiqatları ilə tanış deyil. Halbuki, burada “silahlanmaq” üçün imkanlar var.  

Vaxtı ilə məhşur Amerika publisisti Malkolm Qladuelın “Dönüş nöqtəsi” kitabı dünyada ən çox satılan kitablardan biri idi. Bu kitabda ilk növbədə diqqətimizi cəlb edən məqam Amerika TV-nın ən populyar uşaq təhsil verilişlərindən biri olan “Sezam küçəsi”  verilişinin  hazırlanması haqda hissələr oldu. Multimedia dərslərinin hazırlamasına ciddi yanaşan müəllimlər üçün bu kitab faydalı ola bilər. Bu verilişin müəlliflər tərəfindən qoyulmuş əsas problemlərindən biri  uşaq diqqətinin idarə edilməsidir.

“Sezam küçəsi”nin müəlliflərinin əsas fəlsəfəsi böyük bir ideya ətrafında qurul­muşdur: “Uşaqların diqqətini cəlb edib saxlaya bilirsinizsə, onları öyrədə biləcəksiniz”.

Yaş və psixoloji xüsusiyyətlərinə görə uşaq öz diqqətini bir obyektdə uzun müddət ərzində cəmləşdirə bilmir. Təsadüfi deyil ki, ibtidai təhsil metodikası hər 5-6 dəqiqədən bir təlim formalarının dəyişməsini tələb edir. Buna müvafiq olaraq müəllim yeni təlim tapşırığına diqqəti yönəldən keçid mexanizmini tapmalıdır. Diqqəti yayındıran amilləri də nəzərdən qaçırmaq olmaz.

M.Qladuel iki uşaq qrupu ilə maraqlı bir təcrübə keçirmişdir. Qrupların hər ikisinə eyni veriliş göstərildi. İkinci qrupun uşaqlarını döşəmədə rəngarəng, cəlbedici oyuncaqlar olan otaqda yerləşdirdilər. Tədqiqatçılar hesablamışlar ki, oyuncaqlar olmayan otaqdakı uşaqların 87%, oyuncaqlar olan otaqdakı uşaqların 47% verilişə tamaşa etmişdir. Buna baxmayaraq, nəticə təəccübləndirici idi: qrupların hər ikisində məlumat blokunun mənimsəməsinin nəticələri tamamilə eyni idi.

Bundan nəticə çıxarmaq olar ki, uşaqların qarşısına qoyulan təlim tapşırığının keyfiyyəti diqqəti yayındıran amillərdən qat-qat vacibdir. Əsas odur ki, diqqəti yayındıran amillər aparıcı rol oynamasınlar. Multimedia dərslərində yayındırıcı amillərin hətta ekranda yeri də vacibdir.

Sinifdə müstəqil iş zamanı uşaqların razılığı ilə musiqi səsləndirilə bilər. Vacib deyil ki, bu, klassik musiqi olsun. Təcrübədən keçirənlər təsdiq edir ki, belə şəraitdə işin nəticəsi adi haldakından daha yaxşı olur və şagirdlər daha az yorulurlar.

Şübhəsiz ki, ən vacib məsələ son nəticədir. Müəllim məşğələni maraqlı bir oyun formasında keçirə bilər və bütövlükdə dərsin orijinal təşkilini təmin edə bilər. Uşaqların diqqəti yüksək səviyyədə olar və gözlənilən nəticələr sanki əldə edilmişdir hesab edilə bilər. Lakin birdən məlum olar ki, uşaqlar təlim tapşırığının məzmununa deyil, daha çox kənar amillərə, o cümlədən didaktik oyunun gedişinə diqqət ayırmışlar.

Beləliklə, diqqətin idarə edilməsinin əsas şərtləri bunlardır:

Materialın rus dilində orijinalını buradan oxuya bilərsiniz:

http://didaktor.ru/upravlenie-vnimaniem-na-uroke-chetyre-glavnyx-usloviya/

Hazırladı: TİPİM-in əməkdaşı Azad Əhmədov