MDM-in qaynar xəttinə daxil olan müraciətlər

Tarix: 16.04.2021
Paylaş:

Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin qaynar xətti gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir. İstifadəyə verildiyi gündən etibarən metodistlərin, tədris işçilərinin sual və təkliflərini ünvanladığı qaynar xəttə daxil olan müraciətlərlə bağlı statistik məlumatlar ilə aşağıdakı infoqrafikada tanış ola bilərsiniz.

Qeyd edək ki, MDM-in qaynar xətti metodistlərin və tədris işçilərinin Covid-19 pandemiyası səbəbilə tətbiq edilən distant təhsil və onun təşkili ilə bağlı müraciətlərini qəbul etmək məqsədilə yaradılıb.