Ali təhsil müəssisələrində Tİİ fəaliyyətlərinin vəziyyətinin monitorinqi və qiymətləndirilməsi məqsədilə sorğu keçirilib

Tarix: 21.04.2021
Paylaş:

­­­Azərbaycan Respublikasının Təhsil İnstitutu “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi” adlı layihəni icra edib. Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi layihə 2018-ci ilin oktyabr ayı ilə 2020-ci ilin may ayı arasında olan dövrü əhatə edib. Layihənin həyata keçirilməsində əsas məqsəd ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası və idarəedilməsinin gücləndirilməsi olub. 8-30 aprel 2019-cu il tarixlərində sözügedən layihə çərçivəsində ali təhsil müəssisələrində Tİİ fəaliyyətlərinin vəziyyətinin monitorinqi və qiymətləndirilməsi məqsədilə sorğu keçirilib.

Bu sorğuda aşkarlanan məsələlərdən biri də Tİİ fəaliyyətlərinin həyata keçirilməsinə maneə yaradan önəmli faktorlar olub. Belə ki, bu maneələr iki fərqli prizmadan təhlil edilib: ali təhsil müəssisələrinin rəhbərliyi və fərdi tədqiqatçılar.

Sorğunun nəticələrinə əsasən hesab olunur ki, nəzəri və praktik tədqiqat metodologiyası kurslarını təşkil etmək, tədqiqatçıları dəstəkləmək üçün tədqiqat qruplarına cavabdeh və faydalı assistent formalaşdırmaq, onları lazımi imkanlar/avadanlıqlarla təmin etmək, tədqiqatçıların tədqiqat fəaliyyətlərinə daha çox maliyyə dəstəyi ayırmaq tədqiqatdakı mövcud maneələrin aradan qaldırılmasına öz töhfəsini verə bilər.

Ali təhsil müəssisələrində Tİİ fəaliyyətlərinin vəziyyətinin monitorinqi və qiymətləndirilməsi məqsədilə keçirilən sorğunun həmin fəaliyyətlərin icra olunmasına maneə yaradan önəmli faktorlar barədə ortaya çıxardığı nəticələr ilə infoqrafikalarda tanış ola bilərsiniz.