“Təhsil İnstitutu və Azərbaycan pedaqoji fikrinin inkişafı” mövzusunda vebinar keçirilib

Tarix: 30.04.2021
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu 90 illik yubileyi ilə əlaqədar olaraq 2021-ci ilin aprel ayından etibarən “Təhsil İnstitutu – 90” adlı vebinarlar silsiləsinə start verib. Vebinarlar silsiləsinin ilk tədbiri 29 aprel tarixində “Təhsil İnstitutu və Azərbaycan pedaqoji fikrinin inkişafı” mövzusunda keçirilib. Tədbirin moderatoru Azərbaycan Respublikası Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov olub.

Vebinarda spiker qismində Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Ənvər Abbasov çıxış edib. Ənvər Abbasov çıxışında Təhsil İnstitutunun yaranması və inkişafı, sistemli tədqiqatlara başlanılması, təhsil məzmunu üzrə tədqiqatlar, təhsil texnologiyaları üzrə tədqiqatlar, psixologiya və xüsusi təhsil məsələləri, layihə əsaslı tədqiqatlar haqqında məlumat verib. Təhsil İnstitutunun Azərbaycan pedaqoji fikrinin inkişafına verdiyi töhfələr haqqında çıxış edən Ə.Abbasov 1931-ci il iyulun 1-də Azərbaycan Xalq Maarif Komissarlığının Elmi-Tədqiqat Pedaqoji Kabineti və Bakı Xalq Maarif Şöbəsinin laboratoriyası əsasında indiki Azərbaycan Respublikası Təhsil İnstitutunun bünövrəsinin qoyulması və keçdiyi inkişaf dövrü barədə danışıb. O, qeyd edib ki, öncə kiçik bir şöbə və bir neçə qrup formasında fəaliyyətə başlayan İnstitut getdikcə genişlənib və fəaliyyət istiqamətlərini artırıb. Artıq 2000-ci ildə Təhsil İnstitutu elmi şöbələrdən ibarət olan və pedaqogikanın aktual məsələlərini öyrənən bir qurum olub.

Hal-hazırda struktur şöbələr və 5 mərkəzdən ibarət olan Təhsil İnstitutu təhsilin nəzəri və təcrübi məsələləri ilə bağlı, o cümlədən, təhsil siyasəti üzrə prioritetlərin müəyyənləşdirilməsi və strateji planlaşdırma istiqamətləri üzrə tədqiqatların aparılması, təhsil müəssisələrində keyfiyyət göstəricilərinin artırılması, təhsil imkanlarının genişləndirilməsi və təhsilalanlar üçün bərabər imkanların yaradılması məqsədilə tədqiqatların aparılması, elmi-pedaqoji tədqiqatlar və elmi-pedaqoji kadr hazırlığı, müxtəlif təhsil pillələri üzrə təhsilin məzmun və qiymətləndirmə standartlarının, nümunəvi (variativ) kurikulumların və təhsilin keyfiyyət standartlarının hazırlanması kimi sahələri əhatə edir. Eyni zamanda, müxtəlif təhsil müəssisələrində təhsilin inklüzivliyi, psixoloji xidmətin təşkil edilməsi, istedadlı uşaqlarla işin düzgün qurulması və tədris resurslarından istifadə sahəsində metodik tövsiyələrin hazırlanması, elektron təhsilin inkişafı və elektron məzmunun hazırlanması, milli və beynəlxalq qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsi, təhsilin normativ-hüquqi bazasına aid sənədlərin hazırlanması, təhsil islahatlarına yönəlmiş layihələrin icra olunması kimi fəaliyyətləri həyata keçirir.

Tədbirin sonunda Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri İntiqam Cəbrayılov, Təhsil İnstitutunun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor Akif Abbasov, ADPU-nun Pedaqoji fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov, ADPU-nun elmi işçisi Zülfiyyə Vəliyeva, ADPU-nun baş mütəxəssisi Fəridə Hüseynova da çıxış edərək Təhsil İnstitutunun Azərbaycanın təhsil tarixindəki mühüm rolu barədə fikirlərini bildiriblər.

Tədbirdə 200-ə yaxın ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçı, doktorant və dissertant, magistr, məktəb rəhbəri və digər pedaqoji sahələrdə çalışan şəxs iştirak edi