“İşarələri yerləşdir” metodikası (Uşaqlarda diqqətin korreksiyası üçün)

Tarix: 07.05.2021
Paylaş:

Bəzən uşaqlar bir işi icra etdikdə gördükləri işlə əlaqədar digər məqamlara eyni zamanda diqqətlərini verə bilmirlər və ya diqqətin bir obyektdən digərinə keçirilməsi zamanı ləngiyirlər. Məsələn, məktəbə yeni qədəm qoyan uşaqlar həm müəllimi dinləyib, həm də rəsm çəkmək və ya yazı yazmaqda çətinlik çəkirlər. Bu və buna bənzər situasiyalar müşahidə edildikdə, uşaqlarda diqqətin keçirilməsi və paylanılması xüsusiyyətlərini korreksiya etmək onların təlimdə və şəxsi həyatlarında daha müvəffəqiyyətli olmalarına kömək edəcəkdir. Aşağıda verilən metodika bu işdə bizə faydalı olacaqdır.

Məqsədi: Bu metodika diqqətin keçirilməsi və paylanılmasının diaqnostika və korreksiyası üçün nəzərdə tutulmuşdur.

Yaş həddi: 5-7 yaş

Təsviri: Göstərilən işarələri müvafiq olaraq hər bir kvadrat, üçbucaq, dairə və rombun daxilində yerləşdirmək lazımdır. Əvvəlcə uşağa şəkli göstəririk və təlimatı izah edirik. Daha sonra vaxt başlanır. 

Diqqətin keçirilməsi və paylanılması düsturu:

S – diqqətin keçirilməsi və paylanılması göstəricisidir.

N – tapşırığın yerinə yetirilməsi zamanı uyğun gələn həndəsi fiqurların sayı.

t – sərf olunan zaman.

n – tapşırığın yerinə yetirilməsi zamanı edilən səhvlərin sayı (“Səhv” dedikdə işarələrin düzgün yerləşdirilməməsi nəzərdə tutulur).

Nəticələrin qiymətləndirilməsi: 

BallarGöstəricilərİnkişaf səviyyəsi
10S göstəricisi 1-dən böyükdür.Olduqca yüksək
8-9S göstəricisi 0.75-dən 1-ə qədərdir.Yüksək
6-7S göstəricisi 0.5-dən 0.75-ə qədərdir.Orta
4-5S göstəricisi 0.25-dən 0.5-ə qədərdir.Aşağı
0-3S göstəricisi 0-dan 0.25-ə qədərdir.Olduqca aşağı

Stimul material: 

“İşarələri yerləşdir” metodikasının digər variantları (yuxarıda verilən düstur bu variantlara aid deyil):

a)

b)

c)

İstifadə edilmiş ədəbiyyat siyahısı:

  1. Bayramov F.İ., Hüseynova D.R., Namazova A.S. 114 psixoloji test. Bakı, 2011.
  2. https://infourok.ru/razrabotka-dlya-defektologov-metodika-prostav-znachki-626397.html
  3. https://nsportal.ru/detskiy-sad/logopediya/2018/05/28/korrekturnaya-proba

​Hazırladı: Aynur Rəhimova