Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə 25 may 2021-ci il tarixində məktəblilərarası VI fənn müsabiqələrinin final mərhələsi keçiriləcək.
Müsabiqənin final mərhələsi mövcud pandemiya qaydalarına uyğun şəkildə ölkə üzrə 33 mərkəzdə təşkil olunacaq. Ümumilikdə 4624 şagird bu mərhələdə iştirak hüququ qazanıb.
Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.