“Kibertəhlükəsizlik” təlim layihəsinin praktik hissəsi davam edir

Tarix: 25.05.2021
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Kibertəhlükəsizlik” təlim layihəsinin üçüncü fazası çərçivəsində fəaliyyətlər davam etdirilir. Belə ki, təlim layihəsinin əyani hissəsi başa çatıb və tələbələr praktik hissəyə keçid ediblər.

Təlimlərin praktik hissəsinin gedişatında tələbələr 618 sayda müxtəlif tapşırıqları yerinə yetiriblər. Bununla yanaşı, tələbələr təlim layihəsinin sonunda təqdim edəcəkləri layihələrin üzərində qruplar şəklində çalışırlar. 8 qrup “İnformasiya Təhlükəsizliyi” bloq səhifəsi, “Onlayn Antivirus Skan Sistemi”, “Kibertəhlükəsizlik” öyrənmə platforması, “CorpSec-Kibertəhlükəsizlik maarifləndirmə platforması”, “Şifrə Meneceri”, “Pentest 11”, “Kiber Təhlükə İnformasiya Mübadilə Platforması”, “Kaspersky tech glossary” Azərbaycan dilinə tərcümə olunmuş vebsaytı kimi layihələr üzərində çalışır.

Qeyd edək ki, sözügedən layihənin həyata keçirilməsində əsas məqsəd kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə haqqında bilik və bacarıqların inkişaf etdirilməsidir.