Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi keçirilir

Tarix: 26.05.2021
Paylaş:

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutu 26 may 2021-ci il tarixində Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsini keçirir.

Final mərhələsi mövcud pandemiya qaydalarına uyğun şəkildə Bakı, Sumqayıt şəhərləri  və Abşeron rayonu  ilə yanaşı 14 regionda yaradılmış  27 mərkəzdə təşkil olunub. Ümumilikdə 2954 şagird bu mərhələdə iştirak hüququ qazanıb.

Qeyd edək ki, sözügedən olimpiada Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.