Müəllimlərin işə qəbulu müsabiqəsində və Sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanları başlayır

Tarix: 02.06.2021
Paylaş:

Müəllimlərin işə qəbulu müsabiqəsində və Sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanları başlayır.

Onlayn formatda təşkil olunacaq sınaq imtahanları İbtidai təhsil (8 iyun və 21 iyun saat 09:00, 12:00, 16:00), riyaziyyat (9 iyun və 22 iyun saat 09:00, 12:00, 16:00), Azərbaycan dili və ədəbiyyat (10 iyun və 22 iyun saat 09:00, 12:00, 16:00), ingilis dili (11 iyun və 23 iyun saat 09:00, 12:00, 16:00), tarix (16 iyun və 23 iyun saat 09:00, 12:00, 16:00), fizika (16 iyun və 24 iyun saat 09:00, 12:00, 16:00), biologiya (17 iyun və 24 iyun saat 09:00, 12:00, 16:00), coğrafiya (17 iyun və 25 iyun saat 09:00, 12:00, 16:00) , informatika (18 iyun və 25 iyun saat 09:00, 12:00, 16:00) və kimya (18 iyun və 25 iyun saat 09:00, 12:00, 16:00) fənləri üzrə keçiriləcək.

Aşağıda qeyd olunan linkdə qeydiyyatdan keçərək sınaq imtahanlarında iştirak edə bilərsiniz: https://ttm.edu.az/

Nəzərinizə çatdıraq ki, sınaq imtahanlarının 1-ci mərhələsi üçün qeydiyyat 6 iyun saat 23:59-da başa çatacaq. İmtahanların 2-ci mərhələsi üçün qeydiyyat isə 7 iyun tarixində başlayıb 17 iyun saat 23:59-da bitəcək.

Sınaq imtahanlarının məzmunu və təşkili ilə bağlı suallarınız üçün 012 430 57 79 və 012 430 90 81 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir. (Nahar fasiləsi 13:00-14:00)

Qeydiyyat və texniki problemlərlə əlaqəli suallarınız üçün 070 861 39 72, 055 656 13 95, 050 671 93 19 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-a, şənbə günləri 09:00-dan 14:00-a qədər fəaliyyət göstərir. (Nahar fasiləsi 13:00-14:00)

Qeyd edək ki, sınaq imtahanlarında iştirak könüllüdür və iştirak haqqı 14 AZN-dir.