Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərini davam etdirir.
Növbəti görüşlər 31 may – 4 iyun 2021-ci il tarixlərində Sabirabad, Saatlı, İmişli, Füzuli, Beyləqan, Ağcabədi, Xocavənd, Laçın, Ağdam, Bərdə, Tərtər və Naftalan rayon və şəhərləri üzrə metodik kabinetlərin əməkdaşları ilə keçirilib. MDM-in əməkdaşları adıçəkilən rayon və şəhərlər üzrə 100-ə yaxın metodik kabinet əməkdaşı ilə fərdi şəkildə görüşüb, elektron təqdimatlarla tanış olublar. Görüşlər zamanı metodistlərin müxtəlif məzmunda sualları cavablandırılıb, təklif və ehtiyaclar qeyd edilib.
MDM-in nümayəndələri səfər zamanı Bərdə şəhərində Təhsil şöbəsinin və metodik kabinetin əməkdaşları ilə birlikdə Şəhidlər xiyabanını ziyarət ediblər.
Bu formatda görüşlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulub.