Müəllimlərin nəzərinə!
Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən yazı işinin təşkili metodikasına dair vəsait hazırlanıb. “Azərbaycan dili fənni üzrə filoloji məsələlər: Yazı işinin təşkili metodikası” adlı vəsaitdə mətn tərtibi məsələləri, mətn təhlili və tərtibi işində səmərəli üsullar, yazı növləri və onların funksiyası kimi mövzular əhatə olunub. Vəsaitin Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün faydalı olacağına inanırıq.
Azərbaycan dili fənni üzrə filoloji məsələlər: Yazı işinin təşkili metodikası