Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərini davam etdirir.
Növbəti görüşlər 9-18 iyun 2021-ci il tarixlərində Qubadlı, Abşeron, Neftçala, Salyan, Şirvan, Hacıqabul rayon və şəhərləri üzrə metodik kabinetlərin əməkdaşları ilə keçirilib. MDM-in əməkdaşları adıçəkilən rayon və şəhərlər üzrə 50-ə yaxın metodik kabinet əməkdaşı ilə fərdi şəkildə görüşüb, elektron təqdimatlarla tanış olublar. Görüşlər zamanı metodistlərin müxtəlif məzmunda sualları cavablandırılıb, təklif və ehtiyaclar qeyd edilib.
MDM tərəfindən bu formatda görüşlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulub.