Lisey və gimnaziyalara keçirilmiş qəbul imtahanının seçim prosesi başa çatır

Tarix: 05.07.2021
Paylaş:

Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara Mərkəzi sistemlə keçirilmiş qəbul imtahanının seçim prosesi 5 iyul saat 17:00-da başa çatır.

Qeyd olunmuş tarixdən sonra lisey və ya gimnaziya seçimi mümkün olmayacaq. 

Nəticələr 9 iyul 2021-ci il tarixində şəxsi kabinetlərə göndəriləcək.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir.