Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) 2021-ci il üçün fəlsəfə və elmlər doktoru proqramları üzrə dissertanturaya və doktoranturaya (əyani və qiyabi) qəbul vaxtı 10 gün müddətinə uzadılıb.
ARTİ-yə gələn müraciətlərin çoxluğu və tələbat nəzərə alınaraq sənəd qəbulunun 25 iyul 2021-ci il tarixinə qədər davam etdirilməsinə qərar verilib.
Nəzərinizə çatdıraq ki, doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin Fəlsəfə fənni üzrə imtahanı 1, 2, 3 sentyabr, ixtisas imtahanı isə 9, 10 sentyabr 2021-ci il tarixlərində baş tutacaq.
Ətraflı məlumat üçün: +994 12 493 82 71