Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərini davam etdirir.
Növbəti görüşlər 13-16 iyul 2021-ci il tarixlərində həyata keçirilib. Görüşlər Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Göyçay, Ucar və Kürdəmir rayonları üzrə metodik kabinetlərin əməkdaşları ilə keçirilib.
MDM-in əməkdaşları adıçəkilən rayonlar üzrə 60-dan çox metodik kabinet əməkdaşı ilə fərdi şəkildə görüşüb, elektron təqdimatlarla tanış olublar. Görüşlər zamanı metodistlərin müxtəlif məzmunda sualları cavablandırılıb, təklif və ehtiyaclar qeyd edilib.
MDM tərəfindən bu formatda görüşlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulub.