23-27 iyul 2021-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzi sistemlə keçirilmiş qəbul imtahanında boş qalan yerlərə müraciət prosesi həyata keçirilib. Hər sinif pilləsi üzrə müvafiq keçid balını toplayan şagirdlərin ikinci seçim şansından istifadə imkanı yaradılıb.
28-29 iyul 2021-ci il tarixlərində müraciətlər emal olunub. Bu barədə məlumat sy.edu.az saytında qeydiyyatdan keçərkən qeyd edilən işlək əlaqə nömrələrinə SMS xidməti vasitəsilə göndəriləcək.
Sənəd qəbulunun isə avqust ayının sonlarına doğru keçirilməsi nəzərdə tutulub. Bununla bağlı vətəndaşlara məlumat veriləcək.
Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir.
Lisey və gimnaziyalara qəbul komissiyası bütün iştirakçılara uğurlar arzulayır.