“Səriştəli metodist” layihəsinə start verilib

Tarix: 06.08.2021
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə start verib.

Qeyd edək ki, layihəyə qoşulmaq istəyən şəxslərin müraciətləri 15 avqust 2021-ci il tarixinə qədər qəbul olunur.

Hal-hazırda ARTİ-nin Metodik Dəstək Mərkəzi tərəfindən layihədə iştirak etmək üçün müraciət edən namizədlərin CV-ləri təhlil olunur.

14-31 iyul tarixlərində müraciət edən namizədlərdən təlimata uyğun gələnlərin elektron poçt ünvanlarına imtahan mərhələsində iştirakla bağlı məlumatlar göndərilib. Nəzərinizə çatdıraq ki, 14-31 iyul tarixlərində müraciət edən namizədlərdən uyğun gələnləri ilə 10 avqust tarixində seçim imtahanları keçiriləcək.

31 iyul-15 avqust tarixlərində müraciət edən uyğun namizədlərlə isə cari ayın sonuna qədər əlaqə saxlanılacaq.

İmtahandan uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət ediləcək.

Seçilən iştirakçılar sözügedən layihədə iştirak edərək yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərdə iştirak, həmçinin özünüinkişaf və karyerada yüksəliş imkanı əldə edəcəklər. Layihə çərçivəsində iş qrafiki xidməti müqavilə əsasında xüsusi tərtib olunacaq.

ARTİ bütün namizədlərə uğurlar arzu edir!