“Qafqaz Albaniyası və Azərbaycanın dövlətçilik tarixi” mövzusunda vebinar keçirilib

Tarix: 10.08.2021
Paylaş:

ARTİ işğaldan azad edilmiş ərazilərdə humanitar və tarixi, təhsil, mədəniyyət, dini məsələlər üzrə həyata keçirdiyi fəaliyyətlər çərçivəsində “Qafqaz Albaniyası və Azərbaycanın dövlətçilik tarixi” mövzusunda vebinar təşkil edib. 

Vebinarda spiker qismində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix-coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova çıxış edib.

N.Əhmədova çıxışında 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad olunmuş ərazilərimizdəki Qafqaz Albaniyası mədəni irsi, Qafqaz Albaniyası tarixinin öyrənilməsinin əhəmiyyəti, antik qaynaqlarda Albaniya adı, son dövrlərdə aparılan elmi tədqiqatlar nəticəsində Qafqaz albanlarının türk mənşəli və türkdilli tayfa olmasının sübutu, Qafqaz Albaniyasının Azərbaycan tarixində yeri, Qafqaz Albaniyasının əhalisi, Alban xalqının etnogenezi və Qafqaz Albaniyasının ərazisinə iddialar kimi mövzulara toxunub.

Vebinarı izləmək üçün aşağıdakı keçidə daxil ola bilərsiniz.

https://fb.watch/7hZxuK692n/

Nəzərinizə çatdıraq ki, işğaldan azad edilmiş ərazilərin mədəni sərvəti, o cümlədən Qafqaz Albaniyası irsi haqqında məlumatlandırmanın, təbliğat və təşviqat, maarifləndirmə işlərinin həyata keçirilməsi məqsədilə vebinarlar davamlı olaraq təşkil olunacaq.