“Erkən yaşda uşaq inkişafı sahəsində bilik və bacarıqların artırılması üçün 108 saatlıq pedaqoji kurs” təşkil edilib

Tarix: 11.08.2021
Paylaş:

9 avqust tarixindən etibarən 2021-2022-ci tədris ilində yeni icma əsaslı məktəbəqədər təhsil qruplarında çalışacaq və eləcə də, artıq bir neçə ildir işləyən bir qrup tərbiyəçi-müəllim üçün “Erkən yaşda uşaq inkişafı sahəsində bilik və bacarıqların artırılması üçün 108 saatlıq pedaqoji kurs” təşkil edilib.

Daha öncədən “Təlimçilər üçün Təlim” keçmiş 21 müəllim 6 ADPU mərkəzində (Bakı, Quba, Cəlilabad, Ağcabədi, Şəki və Şamaxı) növbəti 5 həftə ərzində 370 tərbiyəçi-müəllimə məktəbəqədər təhsillə bağlı nəzəri və praktik bilikləri çatdıracaqlar.

Pedaqoji kursun məqsədi regionlarda “İcma əsaslı məktəbəqədər təhsil” layihəsində fəaliyyət göstərən tərbiyəçi-müəlllimləri erkən yaşlı uşaqların inkişafı ilə bağlı təlimləndirmək, bilik və bacarıqlarını artırmaqdır. Əlavə olaraq isə bu pedaqoji kurs ADPU-nun “Məktəbəqədər təhsil” fakültəsini daha müasir, yeni yanaşmaları əhatə edən zəngin materiallarla təmin edəcək.

Qeyd edək ki, pedaqoji kurs ARTİ tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi ilə ADPU-nun birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.

“Təlimçilər üçün təlim” haqqında əlavə məlumat üçün: https://www.icmalayihesi.edu.az/post/mektebeqeder-tehsil-pedaqoji-layihe