10 avqust 2021-ci il tarixində Təhsil işçilərinin peşəkar inkişafı mərkəzində Əlavə Təhsil Mərkəzlərinin peşəkar inkişafına dəstək məqsədi ilə “İxtisasartırma proqramlarının məzmunu və qiymətləndirilməsi” mövzusunda seminar keçirilib. Seminar Təhsil işçilərinin peşəkar inkişafı mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri Könül Nəhmətova tərəfindən aparılıb. Seminarda Əlavə Təhsil Mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə mütəxəssislər “Məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrları üçün ixtisasartırma təhsilinin kurikulum çərçivəsi”ni müzakirə ediblər. Bundan əlavə, proqramın hazırlanmasına verilən tələbləri, oxu materiallarının və qiymətləndirmə vasitələrinin hazılanması prinsiplərini nəzərdən keçiriblər. Mütəxəssislər problemləri müəyyənləşdirib həlli yollarını müzakirə etdikdən sonra tövsiyələr dinlənilib