ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi (TİPİM) tərəfindən “İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu, ehtiyat dərsliklərin tətbiqi metodikası” üzrə imtahan təşkil olunub. İmtahanda ixtisasartırma proqramı çərçivəsində əvvəlki illərdə bu mövzuda təlim keçmiş təlimçilər iştirak ediblər. İmtahan üzrə gələcəkdə qeyd olunan təlimləri keçəcək şəxslərin mövzu üzrə bilik və bacarıqları yoxlanılıb. Növbəti mərhələlərdə imtahanlarda uğur qazanmış namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq və onlar “Pedoqoji kadrların ixtisasartırma təlimini həyata keçirən şəxslər üçün təlim proqramı” əsasında təlimlərə cəlb olunacaqlar.
Qeyd edək ki, sözügedən ixtisasartırma proqramının iştirakçıları müasir tədris resursları ilə bağlı məlumatlanmaq, fənnin məzmunu ilə bağlı biliklərini təlimin məqsədlərinə uyğunlaşdırmaq, ehtiyat dərsliklərin məzmunundakı yeniliklərlə, yaradıcı yanaşmalarla tanış olmaq, təlim tapşırıqları və qiymətləndirmə vasitələrini hazırlamağın yollarını öyrənmək imkanı qazanacaqlar.