Təbiət fənni və dərslikləri müzakirə olunub

Tarix: 17.08.2021
Paylaş:

ARTİ-nin Tədris resursları və Təhsil standartları və proqramları şöbələrinin əməkdaşları və V sinif Təbiət dərsliyinin müəlliflər qrupu Təhsil nazirinin müşaviri Elnur Əliyevlə onlayn görüşdə iştirak ediblər.

Görüşdə Təbiət dərslik komplektinin maketinin məzmununun və quruluş tərtibatının son redaktə işlərinin gedişatı, “Təbiət” fənninin VI sinifdə də təliminin davam etdirilməsinin zəruriliyi, habelə təbiət fənlərinin (fizika, kimya və biologiya) gələcəkdə ümumi orta təhsil səviyyəsindəki yeri və məzmunu haqqında qarşılıqlı təkliflər müzakirə edilib.