Azərbaycan Texniki Universitetinin “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə müəllimlər əməkdaşlığa dəvət edilir

Tarix: 17.08.2021
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) “SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin payız semestrində Azərbaycan Texniki Universitetinin “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir.

“Logistika və nəqliyyat” ixtisaslaşması çərçivəsində aşağıdakı fənləri tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcək:

  1. Əməliyyatların tədqiqi (Xətti proqramlaşdırma, Simpleks üsulu, qoşmalıq (duality), zəif və güclü qoşmalıq teoremləri, həssaslıq analizi, qeyri-xətti proqramlaşdırma);
  2. Təchizat zəncirlərinin idarə olunmasına giriş (Təchizat zəncirlərinin ümumi iş prinsipləri, təchizat zəncirlərinin modulları haqqında ümumi məlumat (təchizat, istehsalat, anbarlama, çatdırılma), “Qamçı Effekti” və s. );
  3. Statistika (Təsadüfi proseslər, diskret və kəsilməz paylanma düsturları, normal paylanmanın əhəmiyyəti və tətbiqləri, əldə edilmiş dataların təsviri statistikalarının çıxarılması və s.);
  4. “Python” proqramlaşdırma dili (Proqramlaşdırmaya giriş, “Python”da data növləri, dataların manipulyasiyası, verilənlərin təsviri, statistika göstəricilərinin çap edilməsi, Numpy/Pandas/SciKit kimi kitabxanalar).

Namizədlərə qarşı tələblər:

  1. Müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura);
  2. Sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi;
  3. Azərbaycan dilində səlis ünsiyyət bacarıqları;
  4. İKT resurslarından sərbəst istifadə bacarıqları;
  5. İnnovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları.

Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) innovations@arti.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaq.

Müraciət üçün son tarix: 23 avqust 2021-ci il, saat 23:59