“Mətn üzrə işin təşkili metodikası” mövzusunda təlimlərə start verilib

Tarix: 18.08.2021
Paylaş:

16 avqust tarixindən etibarən ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən “Pedoqoji kadrların ixtisasartırma təlimini həyata keçirən şəxslər üçün təlim proqramı” əsasında “Mətn üzrə işin təşkili metodikası” mövzusunda təlimlərə start verilib. Təlim iştirakçılarının ölkə üzrə müəllimlərə eyni məzmunda ixtisasartırma təlimlərini keçməsi nəzərdə tutulub. 42 akademik saatı əhatə edən təlim proqramının məqsədi Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi zamanı mətn üzrə işin təşkili ilə bağlı mövcud bilik və bacarıqların təkmilləşdirilməsi, həmçinin müəllimlərin metodik vəsaitdən istifadə bacarıqlarının formalaşdırılmasıdır.
Təlimin birinci günü iştirakçıların mövzu üzrə ilkin bilik və bacarıqları yoxlanılıb, eyni zamanda təlimin düzgün istiqamətdə təşkili üçün diaqnostik qiymətləndirilmə həyata keçirilib. 
Gündə 6 akademik saat olmaqla 7 gün davam edəcək təlimlərin sonunda müdavimlər yekun qiymətləndirilmə imtahanında iştirak edəcək və imtahanda uğur qazanmış namizədlər təlimlərə cəlb olunacaqlar. 
İştirakçıların əksəriyyəti regionlardan müraciət etmiş müəllimlərdir. 
Qeyd edək ki, təlim hibrid formada keçirilib. Belə ki, təlimdə fiziki olaraq iştirak edə bilməyən müəllimlərə təlimlərə onlayn formada qoşulmaq imkanı da yaradılıb.