“Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə namizədlərin seçim prosesi davam etdirilir

Tarix: 20.08.2021
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə namizədlərin seçim prosesini davam etdirir.

14-31 iyul tarixləri arasında müraciət edən namizədlərin müsahibə mərhələsi 18 avqust tarixindən etibarən başlanıb.

ARTİ-nin Metodik Dəstək Mərkəzində baş tutan müsahibə mərhələsinə 60 test tapşırığından 45-dən çoxuna düzgün cavab verən iştirakçılar dəvət edilib.

Qeyd edək ki, layihə üçün 01-15 avqust tarixlərində müraciət edən namizədlərə növbəti mərhələlərlə bağlı məlumatlar elektron poçt ünvanlarına göndərilir.