ARTİ “Azıx mağarasından Qafqaz Albaniyasının yaranmasına qədər. Azərbaycan – dünya sivilizasiyasının mərkəzlərindən biri kimi” adlı vebinarı təşkil edib.

Tarix: 24.08.2021
Paylaş:

ARTİ işğaldan azad edilmiş ərazilərdə humanitar və tarixi, təhsil, mədəniyyət, dini məsələlər üzrə həyata keçirdiyi fəaliyyətlər çərçivəsində “Azıx mağarasından Qafqaz Albaniyasının yaranmasına qədər. Azərbaycan – dünya sivilizasiyasının mərkəzlərindən biri kimi” adlı növbəti vebinarı təşkil edib.

Vebinarda spiker qismində Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi katibi, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru İradə Qasımova çıxış edib.

İradə Qasımova çıxışında Albaniya adının etimologiyası, Alban mənbələri kimi mövzulara toxunub. O, Qafqaz Albaniyası probleminin tədqiqi və  bu problemin öyrənilməsinə Azərbaycan alimlərinin verdiyi töhfələr, Mannadan Qafqaz Albaniyasına qədər olan dövr haqqında məlumat verib. Həmçinin, İradə Qasımova Azərbaycanın yerli dövlətçilik ənənələrindən danışıb.

Nəzərinizə çatdıraq ki, vebinarların keçirilməsində məqsəd işğaldan azad edilmiş ərazilərin mədəni sərvəti, o cümlədən Qafqaz Albaniyası irsi haqqında məlumatlandırmanın, təbliğat və təşviqat, maarifləndirmə işlərinin həyata keçirilməsidir.