İxtisasartırma təlimlərini həyata keçirən kadrların potensialının gücləndirilməsi təlimləri keçirilir

Tarix: 02.09.2021
Paylaş:

2 sentyabr 2021-ci il tarixindən etibarən ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən “İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu və metodikası” üzrə ixtisasartırma proqramı çərçivəsində təlimçi hazırlığı təlimlərinə start verilib.

Təlimlər ibtidai sinif müəllimlərinin Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu, tədris resursları və müvafiq təlim strategiyaları ilə bağlı bilik və bacarıqlarının artırılması üçün gələcəkdə ixtisasartırma təlimlərini həyata keçirəcək pedaqoji kadrların təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilir.

Qeyd olunan ixtisasartırma təlimlərində iştirakçılar müasir tədris resursları, fənnin məzmunu, dərsliklərin məzmunundakı yeniliklər, yaradıcı yanaşmalarla tanış olacaq, təlim tapşırıqları və qiymətləndirmə vasitələrini hazırlamağın yollarını öyrənmək imkanı qazanacaqlar.

Nəzərinizə çatdıraq ki, təlimlər həm onlayn, həm də oflayn formada həyata keçiriləcək. Belə ki, təlimlərə bölgələrdən qoşulan və təlim mərkəzinə gələ bilməyən iştirakçılar üçün onlayn formatda iştirak etmək imkanı yaradılacaq.