“İbtidai siniflərin I və II sinifləri üçün yeni “nəsil” Riyaziyyat dərslik komplekti: innovativ quruluş, məzmun və təlim metodikası” adlı vebinar keçiriləcək

Tarix: 13.09.2021
Paylaş:

ARTİ 15 sentyabr saat 12:00-da “İbtidai siniflərin I və II sinifləri üçün yeni “nəsil” Riyaziyyat dərslik komplekti: innovativ quruluş, məzmun və təlim metodikası” adlı vebinar təşkil edəcək.

Vebinarın moderatoru ARTİ-nin Tədris resursları şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rasim Abdurazaqov, spikerlər yeni “nəsil” I və II siniflər üçün Riyaziyyat dərslik komplektinin müəlliflər qrupunun rəhbəri, riyaziyyat üzrə fəlsəfə doktoru Zaur İsayev və dərslik komplektinin həmmüəllifi, Bakı şəhəri Zəngi liseyinin ibtidai sinif müəllimi İlahə Rüstəmova olacaq.

Vebinarın keçirilməsində əsas məqsəd müəllimləri, valideynləri və ibtidai təhsil mütəxəssislərini I və II siniflər üçün Riyaziyyat dərslik komplektinin yenilənməsinin hansı zərurətdən irəli gəlməsi ilə tanış etmək, yeni “nəsil” Riyaziyyat dərslik komplektinin quruluşu, məzmunu və təlim metodikasındakı innovativ yanaşmaların xüsusiyyətləri haqqında məlumat vermək və ictimaiyyəti maraqlandıran sualları cavablandırmaqdır.

Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.