1 oktyabr 2021-ci il tarixində keçiriləcək Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun növbəti spikeri “edX” öyrənmə platformasının yaradıcısı və CEO-su, dünyada nüfuzlu ali təhsil müəssisəsi olan Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru Anant Aqarval olacaq.
Anant Aqarvalın yaradıcısı olduğu, Harvard və MIT tərəfindən qurulan “edX” öyrənmə platformasına bu günədək 160-dan çox ölkədən 35 milyon istifadəçi qoşulub və dünyanın tanınmış 160 universiteti tərəfindən kurslar təqdim edilib.
Professor təhsilin inkişafına verdiyi töhfələrə görə “Mauirice Wilkes”, “Smullin və Jamieson”, “Harold W. McGraw Ali Təhsil Mükafatı”, “Yidan”, Hindistan Prezidentinin “Padma Shri” olmaqla bir sıra qlobal mükafatlara layiq görülüb.
İştirakınızı forumun “Event” səhifəsində də təsdiq etməyi unutmayın: https://fb.me/e/4zUYgqrSN