Ali məktəblərdə pedaqoji fəaliyyət göstərmək istəyən şəxslər üçün təlimlər keçiriləcək

Tarix: 29.09.2021
Paylaş:

ARTİ ali məktəblərdə pedaqoji fəaliyyət ilə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslərin bu sahədə bilik və bacarıqlarını artırmaq məqsədilə təlimlər təşkil edir.

Proqramda əsas təlim mövzuları aşağıdakılardır: 

– Pedaqoji fəaliyyətdə ilk addım;
– Tədrisin planlaması və tətbiqi; 
– Ali təhsilin normativ-hüquqi tənzimlənməsi; 
– Təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi; 
– Elmi rəhbərlik; 
– Tədrisin idarə edilməsi;
– Peşə etikası.

Təlimlərdə iştirak etmiş şəxslər nə öyrənəcək?

– Ali təhsildə pedaqogika və psixologiya, təhsilalanlara fərdi yanaşma ilə bağlı biliklərini artıracaq;
– Rəqəmsal texnologiyalardan rahatlıqla istifadə edə biləcək;
– Elmi rəhbərlik etmək üçün əsas bacarıqlara yiyələnəcək;
– Qiymətləndirmə metodlarını, təlim metodlarını, sillabusların tərtib edilməsini öyrənəcək;
– Tələbələrin fəaliyyətinə vaxtında və tam nəzarət edə biləcək.

Təlimlərdə ali təhsili olan şəxslər iştirak edə bilər. Təlimlər ödənişli əsaslarla, axşam saatları və həftə sonları onlayn formada təşkil edilir. Qeydiyyatdan keçən şəxslərə proqram və ödəniş ilə bağlı ətraflı məlumat göndəriləcək.

Qeydiyyatdan keçmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:

https://forms.office.com/r/YSR4WTztiz

Qeydiyyat üçün son tarix: 7 oktyabr 2021-ci il